“El Nusra” terror təşkilatı Suriyadakı Rusiya hərbi bazasına hücum edib. Baki-xeber.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilir ki, terrorçu qruplar Suriyanın Aralıq dənizi sahilindəki Hmeymim hava bazasına hücum edib. Açıqlamada, “El Nusra” terrorçularının bazaya altı raket atdığı, Rusiya havadan müdafiə sistemlərinin raketləri havada zərərsizləşdirdiyi qeyd edilib.
Qeyd edək ki, 2015-ci ilin sentyabr ayında Suriyadakı vətəndaş müharibəsində Əsəd rejimini dəstəkləyən Rusiya Lazkiyə şəhərindəki hava bazasından istifadə edir.