Trampın illik gəliri açıqlandı - ən azı 434 milyon dollar…

ABŞ prezidenti Donald Tramp 2018-ci ildə ən azı 434 milyon dollar gəlir əldə edib. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ağ Ev açıqlama yayıb.
Ağ Evin yaydığı sənəddə Trampın Vaşinqtondakı "Tramp International Hotel"dən 40,8 milyon ABŞ dolları gəlir əldə etdiyi vurğulanır. Trampın Floridadakı “Mar-a-Lago” otelinin isə ötən il 22.7 milyon dollar gəlir gətirdiyi bildirilir.
Trampın gəlirləri əvvəlki ilə nisbətən təxminən 15 milyon dollar azalıb. Belə ki, Tramp 2017-ci ildə 450 milyon dollar gəlir əldə etmişdi.