18/09/2019 22:33
728 x 90

SEPAH ABŞ-ı hədələdi... Körfəzdəki döyüş gəmilərini vura bilərik

img

İranın elitar İnqilab Keşikçiləri Korpusunun yüksək rütbəli üzvü, İranın qısa-mənzilli raketləri asanlıqla İran körfəzindəki döyüş gəmilərini vura biləcəyini deyib.

Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, SEHAP-ın sədr müavini Məhəmməd Saleh Cokar münaqişənin qlobal neft təchizatına mənfi təsir göstərəcəyini deyib.

Onun sözlərinə görə, ABŞ yeni müharibənin öhdəsindən gələ bilməz və münaqişə qlobal neft təchizatına mənfi təsir göstərər: “Əgər müharibə baş versə, dünya əziyyət çəkəcək”.

SEHAP-ın sədr müavininin bu bəyanatı ABŞ-la gərginliyin artdığı vaxta təsadüf edib. Digər tərəfdən bu bəyanat İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin, dünya qüdrətləri ilə əldə etdiyi razılığı qorumaq üçün diplomatik səylər apardığı vaxta təsadüf edib. Zərif bundan əvvəl dünya liderlərini tənqid edərək, razılığı qoruyub saxlamaq üçün dəstək bəyanatlarının kifayət olmadığını deyib.

“Əgər beynəlxalq ictimaiyyət bu razılığın dəyərli bir uğru olduğunu düşünürsə, İran kimi praktiki addımlar atmalıdır. Praktiki addımların hansı məna kəsb etdiyi tam açıqdır - İranın iqtisadi münasibətləri normallaşdırılmalıdır” - Zərif bildirib.

Bundan əvvəl jurnalistərin “İranla müharibə olacaqmı” sualını cavablandıran ABŞ Prezidenti Donald Tramp “ümid edirəm olmaz” cavabını verib.

Qeyd edək ki, ABŞ bölgəyə təyyarədaşıyan gəmi yollayaraq regiondakı hərbi mövcudluğunu artırıb və İslam Respublikasından mümkün təhlükələrin qarşısını almaq üçün İrana qarşı sanksiyaları gücləndirib. İran körfəzi dünyanın ən strateji su yollarından biridir. Dünyanın neft təchizatının üçdə biri oradan nəql olunur.

ABŞ 2015-ci ildə əldə olunan nüvə razılığından ötən il geri çəkilərək İrana qarşə sərt sanksiyalar tətbiq edib. Buna İranın neft ixraclarını azaltmaq məqsədi daşıyan addım daxildir. Razılığı imzalayan digər beş üzv, Avropa İttifaqı, Britaniya, Çin, Fransa və Rusiya o zamandan bəri sazişi qoruyub saxlamağa çalışır.

İran Prezidenti Həsən Ruhani bir neçə gün əvvəl xəbərdarlıq edib ki, əgər iyulun 7-dək yeni nüvə razılığı əldə olunmasa onlar uranı daha yüksək səviyyədə zənginləşdirməyə başlayacaq.

Son xəbərlər