23/07/2019 20:38
728 x 90

ABŞ, Almaniya və Hollandiyadan sonra Britaniya da hərəkətə keçdi və İranın bölgədəki əsas hədəflərini göstərdi

img

Vaşinqton-Tehran gərginliyinə görə ABŞ, Almaniya və Hollandiyadan sonra Böyük Britaniya da hərəkətə keçib.

Baki-xeber.com xəbər verir ki, ABŞ Dövlət Departamenti iki gün əvvəl İranı hədəf göstərərək, fövqəladə vəziyyətlərdə çalışan şəxslər istisna olmaqla, bütün hökumət işçilərinə İraqı tərk etmək əmri verib.

Bu gün isə Böyük Britaniya bənzər addım atıb. “Sky News”xəbər verir ki, Britaniya İrandan gələn yüksək risq səbəbindən İraqdakı qüvvələri və diplomatları üçün təhdid səviyyəsini artırıb.

Britaniya Səudiyyə Ərəbistanı, Küveyt və Qətərdə olan diplomat və ailələrinin də təhlükəsizliyini gücləndirib.

Kanala açıqlama verən mənbə, hücumun müharibəyə yol açmaması və İran tərəfindən asanlıqla inkar edilməsi üçün, böyük ehtimalla neft infrastrukturu və ya digər mülki qurumların hədəf seçilə biləcəyini deyib.

Son xəbərlər