23/07/2019 20:37
728 x 90

Almaniyadan ABŞ-İran gərginliyilə bağlı qorxudan xəbərdarlıq... vəziyyət çox ciddidir..

img

Almaniyanın Xarici işlər naziri Hayko Maas Orta Şərqdə durumun çox ciddi olduğunu deyib.

Baki-xeber.com xəbər verir ki, nazir bölgədə hərbi gərginliyin artmasının qarşısını almaq üçün hər şey edəcəklərini deyib.

Federal məclisdə İran ilə əldə olunan nüvə razılaşmasına dair keçirilən iclasda danışan nazir bildirib ki, nüvə razılaşması uğursuzluğa olacağı halda, region müharibə ocağına çevriləcək.

"Yaxın Şərqdə vəziyyət çox ciddidir” deyən Maas, bölgədə müharibə başlayarsa, bunun xüsusilə Avropanın təhlükəsizliyi üçün ağır nəticələr doğura biləcəyilə bağlı xəbədarlıq edib.

Bəzən kiçik qığılcımın da müharibənin başlaması üçün yetərli olduğunu bildirən nazir “hərbi gərginliyin artmasının qarşısını almaq üçün hər şeyi etməliyik və edəcəyik də” deyib.

Son xəbərlər