25/05/2019 19:50
728 x 90

ABŞ İran təhlükəsinə qarşı İraqdakı işçilərini çıxarır, Almaniya və Hollandiya da hərəkətə keçdi

img

ABŞ-la İran arasında gərginlik getdikcə daha da dərinləşir. Bölgəyə hərbi qüvvə toplayan ABŞ fövqəladə vəziyyətlərdə çalışan şəxslər istisna olmaqla, bütün hökumət işçilərinə İraqı tərk etmək əmri verib.

Baki-xeber.com xəbər verir ki, ABŞ-ın Bağdaddakı səfirliyinin yaydığı açıqlamada, bunun həm səfirlik, həm də Ərbildəki konsulluq işçilərinə şamil edildiyi bildirilir. Səfirlik və konsulluqda normal viza xidmətləri də müvəqqəti dayandırılıb.

ABŞ-ın ardından bəzi Avropa ölkələri də bənzər qərarlar qəbul ediblər. Almaniya Müdafiə Nazirliyi bölgədəki gərginliyin artmasına görə, alman ordusunun İraqda təlim əməliyyatlarını dayandırdığını bəyan edib.

"Təhlükəsizliklə bağlı vəziyyətin pisləşdiyinə dair bir işarə varmı?" sualını cavablandıran Müdafiə Nazirliyinin mətbuat katibi Jens Flosdorf, Qərbin İraqdakı maraqlarına qarşı təhlükələrin qaçılmaz olduğuna dair öz tərəfindən işarələrə malik olmadığını bəyan edib: "Bizdə belə bir məlumat yoxdur, konkret bir təhdid yoxdur. Orada vəziyyət ümumiyyətlə gərgin hesab olunur. Alman hədəflərinə qarşı konkret hücum xəbərdarlıqları yoxdur. Müttəfiqlərimiz və digər tərəfdaş ölkələrlə daim təmasdayıq".

Almaniyanın İraqın şimalındakı Taji şəhərində 60, kürdləri olduğu bölgədə isə 100 əsgəri var.

Hollandiya da İraqda hərbi təlim əməliyyatlarını dayandırığını bildirib. Hollandiya hökuməti təlim əməliyyatlarının qeyri-spesifik təhlükə ilə əlaqədar olaraq dayandırıldığını bildirib.

Bu qərarlar ABŞ-ın son vaxtlar İraqa qonşu olan İran üzərində təzyiqləri bir vaxtda yaşanır.

Bundan başqa, ABŞ Hərbi Komandanlığının (CENTCOM) İran dəstəkli qüvvələrdən gələ biləcək hücum kəşfiyyatına görə, İraq və Suriyadakı mövqelərində təhlükəsizliyi ən yüksək səviyyəyə çatdırıb.

ABŞ-ın İraq, Livan, Birləşmiş Ərəb Əmirlikləri və Türkmənistandakı konsulluqları da Amerika vətəndaşlarını “yüksək səviyyədə ayıqlıq” göstərməyə çağırıb.

Son xəbərlər