25/05/2019 19:43
728 x 90

“Gallup International” Ermənistanı ən aqressiv ölkə adlandırdı

img

Ermənistan aqressiv ölkələr arasında reytinqdə birinci yerdə qərarlaşıb. “Trend”in məlumatına görə, bu barədə “Gallup International” agentliyinin “Global Emotions” reytinqində deyilir.

Qeyd olunur ki, dünyanın 140-dan çox ölkəsində keçirilmiş sorğuda gülüş, narahatlıq, aqressivlik, heyranlıq, təəccüb və digər emosiyalar barədə suallar verilib.

Sorğuya əsasən, Ermənistan əhalisinin 55 faizi daha çox əsəbiləşdiyini deyib.

Bu reytinqdə ilk beşlikdə Ermənistandan sonra İraq, İran, Fələstin və Mərakeş qərarlaşıb.

Son xəbərlər