25/05/2019 19:55
728 x 90

İspaniya İranın üstünə göndərilən ABŞ donanmasındakı gəmisini geri çağırdı – “İranla qarşıdurma istəmirik”

img

İspaniya ABŞ-ın “USS Abraham Lincoln” təyyarə gəmisi ilə İran körfəzinə göndərilən ABŞ donanması ilə birgə hərəkət edən “Méndez Nunez” döyüş gəmisini geri çəkib.

Baki-xeber.com xəbər veri ki, bu barədə İspaniyanın müdafiə naziri Marqarita Robles açıqlama verib.

Nazir Vaşinqtonla İran arasında yaranmış gərginliyə görə İran körfəzinə göndərilən ABŞ donanması arasında yer alan İspaniyanın “Méndez Nunez” gəmisinin 125 nəfərlik heyətlə birlikdə bu qrupdan ayrılması barədə əmr imzalayıb. Hazırda ABŞ donanması Qırmızı dəniz ilə Hind okeanını birləşdirən Mendez boğazından keçib, İran körfəzinə girmək üçün Hörmüz boğazına yaxınlaşır.

Müdafiə naziri, İspaniyanın könülsüz bir şəkildə İranla hər hansı bir qarşıdurmaya çəkilməsini istəmədiyini deyib.

Robles qeyd edib ki, İspaniya ciddi və etibarlı tərəfdaşdır, ancaq bu, yalnız Avropa İttifaqı və NATO ilə əldə olunan razılaşmalara aiddir. İspaniya ortaq mövqeyini bu razılaşmalar əsasında müəyyən edir.

Son xəbərlər