İranın Hərtərəfli Birgə Fəaliyyət Planındakı bəzi öhdəliklərini dayandırdığını rəsmən açıqlayıb. Baki-xeber.com xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatındakı mənbə İSNA agentliyinə deyib.
O, İranın 2015-ci ildə 5+1 ölkələri ilə əldə etdiyi nüvə sazişi çərçivəsində bəzi öhdəliklərini dayandırdığını bildirib. İran rəsmisinin sözlərinə görə, qərar İran Milli Təhlükəsizlik Şurasından gələn əmrlə qəbul edilib.
İlk 60 gündə İranın 1-ci addımı hesab olunan əlavə zənginləşdirilmiş uran və ağır suyun satışı ilə bağlı öhdəliklər yerinə yetirilməyəcək.