18/07/2019 05:21
728 x 90

ABŞ dövlət katibi İrana görə Brüsseldə Avropa liderlərinin sərt xəbərdarlığı ilə üzləşdi

img

ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşdə Britaniya, Fransa və Almaniya İranla nüvə sazişini dəstəkləyiblər, eyni zamanda İran körfəzində yaranan hərbi gərginlik və Vaşinqtonun İran iqtisadiyyatını çökdürməsi barədə xəbərdarlıq ediblər.

Baki-xeber.com “Amerikanın səsi”nə istinadən xəbər verir ki, Avropa müttəfiqləri ilə görüş Pompeonun səfər proqramına dəyişiklik etməsindən sonra baş tutub.

Britaniya xarici işlər naziri Ceremi Hant sakitlik perioduna çağırıb. “Biz təsadüfən konfliktin baş verəcəyi, bilməzdən hansısa tərəfin eskalasiyaya rəvac verəcəyi risqindən çox narahatıq” - Hant deyib.

Almaniya xarici işlər naziri Heyko Maas Berlinin nüvə sazişinə İranın atom bombasına malik olmamasının əsası” kimi baxdığını söyləyib və bunun Avropanın təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıdığını vurğulayıb.

Fransa xarici işlər naziri Can-Yves Le Drian isə bəyan edib ki, ABŞ-ın İrana qarşı beynəlxalq neft ticarəti sanskiyalarını gücləndirməsi ölkəsinin maraqlarına cavab vermir.

Pompeonun ilk dayanacağı əvvəl nəzərdə tutulduğu kimi Moskva yox, Brüssel olub. Daha öncə Pompeo bazar ertəsi Moskvada ABŞ diplomatları və biznes liderləri ilə görüşməyi planlaşdırırdı. Onun qrafikində dəyişikliyin baş verməsinə nəyin səbəb olduğu bilinmir. Lakin planın geri qalan hissəsində dəyişiklik olunmayıb.

Dövlət katibi Rusiya prezidenti Vladimir Putin və Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar məqsədilə çərşənbə axşamı Soçiyə səfər edəcək.

Qeyd edək ki, ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu genişləndirir. Rəsmilər bunun İrandan qaynaqlanan bir sıra narahatedici və təhrikedici işarələr və təhlükələrə birbaşa cavab olduğunu deyib.

İranın Amerika hədəflərə qarşı hücum planlaşdırdığına dair narahatlıqlara cavab olaraq, ABŞ Yaxın Şərqə USS Abraham Lincoln təyyarədaşıyıcısı və dörd B-52 bombardmançısı göndərib.

Son xəbərlər