ABŞ-da hərbi poliqonda Sovet istehsalı S-300 PT raketdən müdafiə sistemlərinin olduğuna dair peyk görüntüləri yayılıb.
Baki-xeber.com xəbər verir ki, bununla bağlı Rusiya Dünya Silah Ticarəti Analiz Mərkəzinin direktoru, “Natsionalnaya Oborona” jurnalının baş redaktoru İqor Korotçenko açıqlama verib.
Amerika poliqonunda göstərilən, ancaq bir S-300 sisteminə aid orijinal elementlərin olduğu dəqiq bilinməyən nəzarət sistemləri haqda danışan Korotçenko, sözügedən sistemlərin ABŞ-a Ukraynadan getmiş ola biləcəyini deyib.
“S-300-lərin ABŞ-a Ukraynadan getdiyini düşünürəm. Petro Poroşenkonun prezidentliyi dövründə Ukrayna tərəfinin, iki ölkənin müdafiə nazirlikləri arasına imzalanan gizli əməkdaşlıq proqramı çərçivəsində Amerika əsgərlərinə Sovet hərbi texnikasını əldə etmək imkanı yaratdığı məlumdur, bu silahların arasında S-300-lər də yer alır. Bəlkə də bu razılaşma çərçivəsində, keçmiş Sovet havadan müdafiə sistemi S-300-ün ABŞ Hərbi Hava Qüvvələri tərəfindən araşdırılması və bu sistemlərin məhv edilməsi üsullarının inkişaf etdirilməsi üçün ABŞ-a təslim edilməsi ilə əlaqədar saziş imzalanmış ola bilərlər" - deyə Korotçenko söyləyib.
Köhnə S-300 sistemlərinin 1980-ci illərdə SSRİ tərəfindən istehsal edildiyinə diqqət çəkən Korotçenko, amerikalıların 2019-ci ilə aid gizli məlumatları əldə etməsinin mümkün olmadığını deyib: "S-400 tipindəki müasir Rusiya silahlarının, köhnə Sovet istehsalı S-300-lərlə hər hansı uyğunluğu yoxdur, bu səbəbdən 30 il əvvəlki S-300 sistemləri haqqında məlumat əldə etsələr belə, bizim (S-400) Triumf sistemlərilə bağlı heç bir məlumat əldə edə bilməyəcəklər".