İrandan heç kimin ABŞ prezidenti Donald Trampla əlaqə saxlamayacaq. Baki-xeber.com xəbər veri ki, bunu İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Haşmətullah Fəlahətpişə deyib.
Trampın İran liderlərinə "Mənimlə əlaqə saxlayın" çağırışına cavab verən Fəlahətpişə, bölgədəki mövcud vəziyyətin müharibə ilə nəticələnməyəcəyini və amerikalıların da bunu bildiyini ifadə edib: "İrandan heç vaxt, heç kim hörmətli Trampla əlaqə saxlamayacaq. Gələcəkdə amerikalılar İranla müzakirə mövzusunu daha ciddi bir şəkildə gündəmə gətirməyə məcbur qalacaqlar".
Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın iranlı liderlərə "Mənimlə əlaqə saxlayın" çağırışının ardından Ağ Ev, Tehranın Trampla birbaşa əlaqə saxlaması üçün iki ölkə arasındakı diplomatik əlaqələrə vasitəçilik edən İsveçrə rəsmilərinə telefon nömrəsi verib.