İranda ABŞ-la müzakirələri dəstəkləyən islahatçılar qanadına aid “Seda” dərgisi bağlanıb.
Baki-xeber.com xəbər verir ki, İran dövlət mediası, islahatçılara yaxın olan və Məhəmməd Cavad Ruhun rəhbəri olduğu həftəlik "Seda" jurnalının nəşrinin, ölkə hakimiyyətinə ABŞ-la müzakirələrə başlamaq çağırışı etdiyi üçün dayandırıldığını bildirib.
Uzun müddətdən sonra, "Sülh və müharibələr dövrləri" manşetilə bü gun yenidən nəşrə başlayan “Seda” dərgisi, Tehranla Vaşinqton arasında yeni əlaqə kanallarının açılması və müzakirələrin başlanmasını dəstəkləyib.