ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Camal Kaşıqçının 3 yaxın dostuna ölüm təhdidləri ilə bağlı xəbərdarlıq edib. Baki-xeber.com xəbər verir ki, bu iddia ilə Britaniyanın “Taym” qəzeti çıxış edib.
Qəzet MKİ-nin Qaşıqçının yaxın dostları və onların ailəsinin həyatı üçün təhlükənin daha da artdığını ehtimal etdiyini yazır. Bir müddət əvvəl onlarla əlaqə yaradan MKİ təhlükə ilə bağlı bu şəxslərə xəbərdarlıq edib.
Qaşıqçının dostlarından ikisi Norveçdə yaşayan və jurnalist kimi fəaliyət göstərən İyad əl-Bağdadi və Kanadada yaşayan Ömər Əbdüləzizdir. Üçüncü şəxsin isə Kaşıqçı ilə insan haqları layihələr
Təhlükə altında olan üçüncü şəxsin Kaşıqçı ilə insan hüquqları layihələrində sıx əməkdaşlıq edib. Lakin, təhlükəsizlik məqsədilə onun adı açıqlanmır.
Qəzet, sözügedən bu şəxslərin cinayətin aydınlaşdırılması üçün apardıqları araşdırmalar və şahzadə Salmanın qətllə əlaqəsi olduğuna diqqət çəkdiklərinə görə hədəfə çevrildiklərini yazır.
Qəzet həmçinin MKİ-nin adı çəkilən 3 şəxsə hazırda yaşadıqları olkələrdən kənara çıxmamaq, Səudiyyə hakimiyyətinin güclü təsirə malik olduğu Avropa və Asiya ölkələrinə getməmək barədə xəbərdarlıq etdiyini iddia edib.
Bundan əvvəl Norveçdən sığınacaq almış fələstinli fəal Səudiyyədən gələ biləcək təhlükəyə qarşı nəzarətə götürülüb. Məlumata görə bu barədə məlumat əldə edən MKİ Norveç kəşfiyyatını məlumatlandırıb. Qısa müddət sonra isə təhlükəsizlik məqsədilə başqa bir yerə aparılıb.