ABŞ-ın tətbiq etdiyi sanksiyalara görə, neft ixracında kəskin azalma müşahidə olunan İranın Suriyaya neft ixracını bərpa etdiyi iddia edilir.
Baki-xeber.com xaici mediaya istinadən xəbər verir ki, ABŞ-ın CNBC telekanalı, İranın may ayının ilk həftəsində ölkənin şimal-qərb hissəsində Banyas limanına təxminən 1 milyon barrel xam neft göndərdiyini bildirib.
Bu daşımanın İranın ilin əvvəlindən bu yana Suriyaya ilk neft nəqli ola biləcəyi deyilən xəbərdə bildirilir ki, bu nəqli gizli saxlamaq üçün İrana aid neft tankerlərinin GPS sistemləri bağlanıb.
Tanker monitorinq şirkətlərinin məlumatına görə, İran Suriyaya ayda 1-3 milyon barrel neft göndərir, amma ABŞ sanksiyaları səbəbindən bu yük daşımaları 2018-ci ilin sonunadək demək olar ki, dayanıb.
Xatırladaq ki, ABŞ administrasiyası 2018-ci ilin mayında İranla nüvə sazişindən çıxıb, Tehrana qarşı sanksiyaları bərpa edib.