Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) yeddi əmirlikdən biri olan Fujairahda bir-birinin ardınca bir neçə şiddətli partlayış baş verib.
Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, partlayışlar şəhər limanında olub.
Livan mərkəzli “al-Mayadeen” televiziyası, limanda yer alan neft dolu 7-10 tankerdə yanğın, ardınca partlayışların baş verdiyini bildirib.
Hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilmir. Hadisə zamanı ölü və yaralılar haqqında da heç bir məlumat yoxdur.