Türkiyənin F-35 proqramından çıxarılması təyyarənin dəyərini artıra bilər. Baki-xeber.com xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin köməkçisi Ellen Lord deyib.
Türkiyənin, Rusiya ilə S-400 raketdən müdafiə sistemləri anlaşmasından geri çəkilmək üçün təhdidlərini davam etdirən Vaşinqton, bir tərəfdən də Türkiyənin F-35 proqramından çıxarılacağı hansı problemlərin yarana biləcəyini müzakirə edir.
"Ankaranın S-400 almasına görə Türkiyənin F-35 proqramından çıxarılması qarşıdakı 2 il ərzində tədarükü zəiflədə və xərcləri artıra bilər..." - Lord deyib.
O, Türkiyəni S-400 sistemləri əvəzinə “Patriot” sistemləri almağa razı salmaq üçün müzakirələrin davam etdiyini deyib: “Türkiyəyə öz sistemimiz olan “Patriot”u təklif edirik. Bu sistem NATO parametrlərinə uyğundur. F-35 proqramında yer alan digər ortaqlarımız da bizi güclü şəkildə dəstəkləyir”.