Ukrayna və Böyük Britaniyanın donanması Qara dənizdə birgə hərbi təlim keçirib.
Baki-xeber.com xəbər verir ki, Ukrayna donanmasının bu barədə yaydığı açıqlamada, Ukraynaya məxsus raket gəmisi “Priluki” və Britaniyanın kəşfiyyat gəmisi Qara dənizdəki təlimdə iştirak etdiyi deyilir.
Təlimi keçirməkdə məqsədin, donanmalararası əməkdaşlığı dərinləşdirmək və Qara dənizdə sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi olduğu vurğulanıb.