ABŞ İrana mesaj vermək üçün “USS Abraham Lincoln” təyyarə gəmisini aviasiya zərbə qrupu və bombardmançı təyyarələrlə Orta Şərqə göndərir. Baki-xeber.com xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton bildirib.
Prezidentin müşaviri qeyd edib ki, bununla da Vaşinqton İran rejiminə aydın siqnal verir ki, ABŞ-ın və onun tərəfdaşlarının maraqlarına istənilən hücum "qarşısıalınmaz güclə qarşılanacaq. “ABŞ və ya müttəfiqlərinin maraqlarına hər hansı bir hücuma sərt şəkildə cavab veriləcəyi mesajını vermək üçün “USS Abraham Lincoln” təyyarə gəmisi bombardmançı təyyarələrlə bölgəyə göndərilir” – Bolton deyib.
Birləşmiş Ştatların İranla müharibəyə getmək istəmədiyini deyən Bolton bildirib ki, “ancaq biz istənilən hücuma cavab verməyə hazırıq".
Bolton ABŞ-ın bu qərarı İranın hansı addımına görə verdiyini açıqlamayıb.