Venesuelada hakimiyyəti güc yolu ilə dəyişdirmək cəhdinin ciddi nəticələri ola bilər. Baki-xeber.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
Lavrovun sözlərinə görə, Karakasdakı iqtidarı güc yolu ilə dəyişmək cəhdləri, Venesuelada yaşanan böhranı aradan qaldırmaq səylərini baltalayır.
“Karakasda hakimiyyəti zorla dəyişdirmək cəhdləri təbii ki, demokratik proseslə əlaqəli deyil, yalnız böhranın siyasi yolla həllini heçə endirir və bunun davam etdirilməsinin ciddi nəticələri olacaq” - Lavrov deyib.