Şri-Lanka hökuməti, Pasxa günündə təşkil edilən və 250-dən çox insanın ölümünə səbəb olan bombalı hücumların ardından 200 müsəlman din adamını ölkədən çıxarıb.
Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, daxili işlər naziri Vajira Abeyvardena hadisələrdən sonra ümumilikdə 600 nəfərin deportasiya edildiyini bildirib.
"Ölkədəki mövcud vəziyyəti nəzərə alaraq viza sistemimizi yenidən araşdırdıq və din alimlərilə bağlı qaydaları sərtləşdirməyi qərarı aldıq. Deportasiya edilənlərdən 200-ü də müsəlman din adamı idi" - Şri-Lanka daxili işlər naziri deyib.
Onun sözlərinə görə, sözügedən tədbir, xarici din adamlarının yerli əhalini ekstremizmə yönəltməsinin qarşısını almaq üçün həyata keçiriləcək.
Nazir, xaricdən gələnlərin ölkəyə qanuni yollardan girdiklərini, ancaq 21 apreldəki hücumların ardından başladılan araşdırmalarda, viza tarixlərinin keçməsinə baxmayaraq, bu adamların hələ də burada qaldıqlarının məlum olduğunu deyib.
Şri-Lankalı nazir ölkədən çıxarılan xaricilərin milliyyətlərilə bağlı açıqlama verməyib.
Şri-Lanka rəhbərliyi bundan əvvəl hicabı qadağan etmişdi.