ABŞ Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreynə təxminən 6 milyard dollar dəyərində silah satacaq.
Baki-xeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, Pentaqon ABŞ Dövlət Departamentinin sözügedən silah satışına razılıq verməsi barədə Konqresi məlumatlandırıb.
Sulah satışı ilə bağlı 3 ayrı paketin hazırlayaraq ABŞ Konqresə məktub göndəriyini bildirən Pentaqon BƏƏ və Bəhreynə təxminən 5 milyard 958 milyon dollarlıq silah satışının təsdiqləndiyini bildirib.
ABŞ Bəhreynə 2,478 milyard dollar, BƏƏ-yə isə 2,730 milyard dollar dəyərində "Patriot" raket sistemləri və silah-sursat satacaq.