ABŞ İrana qarşı sanksiyaların genişləndirib. Baki-xeber.com xəbər verir ki, bununla bağlı açıqlama yayan Dövlət Departamenti, 2015-ci ildə İranla əldə edilən nüvə sazişi çərçivəsində, Tehranla dinc nüvə əməkdaşlığına icazə verilən 4 ölkəyə tanınan sanksiyalardan azad edilmə möhlətinin 90 gün uzadıldığını bildirib.
Açıqlamada, bundan əvvəlki dövrdə 180 gün olan möhlətin bundan sonra 90 günə endirildiyi və bunun İran üzərindəki təzyiqi daha da gücləndirəcəyi bildirilir.
Bu çərçivədə Rusiya, Çin, Fransa və Böyük Britaniya İranla dinc nüvə əməkdaşlığı çərçivəsində 2015-ci ildən bəri davam edən layihələrini davam etdirə biləcək.
Ancaq ABŞ administrasiyasının eyni bəyanatında, 4 maydan etibarən İranın Buşehr nüvə santralının mövcur reaktor qurğusundan kənarda genişləndirilməsinə yönəlmiş yardım və dəstək fəaliyyətlərinə də sanksiya tətbiq oluna biləcəyi deyilir. Bundan əlavə, təbii uran əvəzinə, zənginləşdirilmiş uranının İrandan kənara çıxarılmasına yönəlmiş fəaliyyətlər də bundan sonra ABŞ sanksiyaları ilə qadağan edilir.