ABŞ İranla hərbi qarşıdurmaya girmək niyyətinin olmadığına dair Tehrana rəsmi mesaj göndərib. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, bu iddia ilə İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yaxınlığı ilə tanınan iranlı siyasi analitik Sadullah Zarei çıxış edib.
İranın yarı rəsmi agentliyi “Tesnim”ə açıqlama verən Zarei, ABŞ hökumətindəki yüksək rütbəli rəsmilərin İran hakimiyyətinə bir mesaj göndərərək, heç bir halda İrana qarşı müharibə planına sahib olmadıqlarını ifadə ediklərini deyib.
ABŞ-ın terror təşkilatları siyahısına saldığı SEPAH-a yaxınlığı ilə tanınan Zarei, mesajın nə vaxt göndərildiyinə bağlı məlumat verməyib.