İran prezidenti Həsən Ruhaninin qardaşı Hüseyn Firudin həbs edilib. Baki-xeber.com xarici mediaya xəbər verir ki, məhkəmə rəsmisi Həmidrza Hüsreyni prezident Ruhaninin bir dönəm xüsusi köməkçisi olmuş qardaşının korrupsiya ittihamı ilə həbsə məhkum edildiyini deyib.
Məhkəmə rəsmisi H.Firudinin korrupsiya, bəzi vəzifələrə təyinatlar və kənarlaşdırmalara müdaxilə etməkdə günahlandırıldığını bildirib. Onun sözlərinə görə, H. Firudin bəzi ittihamlarda bəraət alıb, bəzi ittihamlarla əlaqədar isə həbs qərarı qəbul edilib. H.Hüseyni deyib ki, yekun qərar verlmədiyinə görə, bununla bağlı təfərrüatlı açıqlama verə bilməyəcək.
Həbs müddəti ilə bağlı da açıqlama verməyən H.Hüseyni deyib ki, H.Firudin qərardan apelyasiya şikayəti verilə bilər.
İran prezidenti Ruhaniyə yaxın adamlar isə H.Firudinin həbsinin siyasi məqsəd daşıdığını deyirlər.
Qeyd edək ki, 2017-ci ildə saxlanan H.Firudin bir müddət sonra zaminə buraxılmışdı.