Macarıstan Baş naziri Viktor Orban Fransa prezidenti Emmanuel Makronun miqrantları qəbul etməyən ölkələrə qarşı tədbirlər görülməsi təklifinə sərt reaksiya verib
Baki-xeber.com xəbər verir ki, Makron, qaçqınların paylanmasını qəbul etmək istəməyən Şengen bölgəsi ölkələrinin, bu bölgədən çıxarılmasını təklif edib.
Viktor Orban isə Makronun bu təklifinə sərt reaksiya verib. "Əgər Makron, hazırda qüvvədə olan Şengen qaydalarını dəyişdirmək istəsə, əvvəlcə bu müqaviləni dəyişdirməlidir. Bunu da bacarmayacaq, boşuna həvəslənməsin" - Orban deyib.
Macarıstan Baş naziri Almaniyanın əvvəllər qəbul etdiyi qaçqınları digər ölkələrə paylayaraq onlardan xilas olmağı planlaşdırdığını da iddia edib: "Almanlar da əvvəllər düşünmədən qəbul etdikləri qaçqınlardan xilas olmaq istəyir. Bunun üçün isə insanlıq kimi arqumentlərdən istifadə edirlər, amma bu açıqca miqrant əleyhdarı bir refleksdir".
Orban, Macarıstanın qaçqınların AB üzvləri arasında paylanmasına qarşı çıxdığını, onların burada yerləşdirilməsi əvəzinə öz ölkələrinə geri göndərilməsi və orada kömək edilməsini təklif etdiyini deyib.