Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, Venesueladakı vəziyyətin müzakirə edildiyi görüşdə, Putin ölkədəki insanların öz gələcəyini yalnız özlərinin təyin edə biləcəyini deyib.
Putin Venesuelanın daxili işlərinə müdaxilə edilməsi və ya ölkə rəhbərliyinin güc yolu ilə dəyişdirməsinin, böhranın siyasi yolla həlli ümidlərinə böyük zərbə vuracağını vurğulayıb.
Söhbət zamanı liderlər Venesuela ilə yanaşı Şimali Koreyadakı vəziyyət, habelə, ABŞ, Rusiya və Çin arasında imzalanması ehtimal edilən yeni nüvə sazişi ilə bağlı məsələlər ətrafında da müzakirə aparıblar.