NATO Hərbi Qərargahında (SHAPE) Avropadakı Müttəfiq Qüvvələri Komandanı (SACEUR) vəzifəsinə dəyişikliklə əlaqədar keçirilən mərasimdə qalmaqal baş verib.
Baki-xeber.com xəbər verir ki, NATO üzvü olmamasına baxmayaraq, tədbirə Kiprin yunan tərəfinin də dəvət edilməsinə sərt etiraz edən Türkiyə tərəfi tədbirə qatılmaqdan imtina edib.
Türkiyə tərəfi NATO ilə hər hansı bağı olmayan yunan Kiprinə dəvətin ləğv edilməsini, əks halda tədbirə qatılmayacağını bəyan edib. Məsələdən xəbərsiz olan NATO baş katibi Yens Stoltenberqin ofisini də Türkiyə rəsmiləri məlumatlandırıb.
Qeyd edək ki, mərasimdə ABŞ Ordusunun generalı Tod Uolters SACEUR komandanlığını Kertis Skaparottidən təhvil alıb.
Bu vəziyyətə sərt reaksiya verən Türkiyə XİN isə NATO qərargahından izahat istəyib.