Venesuelada Maduro hökumətinin ABŞ dəstəkli müxalifətin son hərbi çevriliş cəhdinin qarşısını aldıqdan sonra ABŞ administrasiyasında bundan sonra hansı addımların atılacağı ilə bağlı qeyri-müəyyənlik yaranıb.
Baki-xeber.com xəbər verir ki, bu barədə "Washington Post" qəzeti yazıb.
Maduronun ABŞ dəstəkli müxalifətin hərbi çevriliş planını necə öncədə xəbər tutaraq qarşısını aldığına dair geniş iddialara yer verən qəzeti yazır ki, Tramp hərbi müdaxilə istəmir, ancaq milli təhlükəsizlik üzrə müşaviri Con Bolton onu bu ölkəyə qarşı aqressiv siyasət yeritməyə məcbur edir.
Qəzet, Maduronun devrilməsi üçün ciddi bir plan hazırlandığını, amma Maduronun plandan öncədən xəbər tutaraq tədbirli davranması ilə planın iflasa uğradığını yazır.
Amerika liderinin əvvəlki və hazırkı köməkçilərinin dediyinə görə, Tramp Venesuelaya daxil olmaq məsələsində istəksiz davranır və bu ölkəyə uzunmüddətli hərbi müdaxilə qərarı verəcəyi real görünmür. Buna baxmayaraq, Bolton Trampı müharibəyə çəkmək istəyir.
Boltonun bu mövqeyi Ağ Evdə olduğu kimi ondan kənarda da qəzəb doğurub. Qəzet yazır ki, onun köməkçiləri çevriliş cəhdindən əvvəl Venesuela ilə bağlı keçirilən tədbirdə ABŞ Hərbi Hava Qüvvələrinin generalı Pol Selva ilə mübahisə edib.
Qeyd edək ki, Maduro da çevriliş cəhdi planının Tramp və Boltonun hazırladığını deyib.