ABŞ müdafiə nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı Patrik Şanahan Venesuelaya hərbi müdaxilə planının hazır olduğunu bəyan edib.
Baki-xeber.com xəbər verir ki, Konqresdə çıxış edən P.Şanahan bütün variantların masada olduğunu deyib.
"Bütün variantlar masada olduğunu deyirik, həqiqətən də masadadır. Ancaq biz mümkün qədər diplomatik və iqtisadi təzyiqlərdən istifadə edirik" – Şanahan bildirib.
ABŞ rəsmisi, Venezueladakı vəziyyəti yaxından izlədiklərini və ölkədəki vəziyyətin olduqca dəyişkən olduğunu deyib: “Venesuelada kubalılar, ruslar və başqaları da var. Hər şey media və ya başqa kanallarla aydın görünmür...
Ortaya çıxa biləcək bir vəziyyətdə, üstünlük əldə etmək üçün taktikalarımızı dəyişdirə biləcək və müəyyən bir ölçüdə cavab verə biləcək vəziyyətdəyik. Gözlənilməz bir vəziyyətin ortaya çıxa biləcəyi bir ssenari və vəziyyət olmaması üçün təfərrüatlı plan hazırlamışıq" – Pentaqon rəsmisi deyib.