ABŞ dövlət katibi Mayk Pompeo Venesuela prezidenti Nikolas Maduronun qısa müddət əvvəl ölkəni tərk edərək Kubaya getməyi planlaşdırdığını iddia edib. Baki-xeber.com xəbər verir ki, Pompeo Rusiyanın buna müdaxilə edərək Maduronu fikrindən daşındırdığını deyib.
Onun sözlərinə görə, Maduro ölkəni tərk edib Kubaya uçmaq istəyirmiş, amma Rusiya ona ölkədə qalmağı əmr edib.
"Ümid edirəm ki, Maduro bu qərarı yenidən düşünəcək və o təyyarəyə minəcək" - Pompeo deyib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə Venesuela ordusunu ruhdan salmağa çalışan ABŞ-ın indi də informasiya müharibəsi çərçivəsində yalan məlumatlar yaybağa başladığını deyib.
"Vaşinqton var gücü ilə Venesuela ordusunu ruhdan salmağa çalışdı və indi də informasiya müharibəsi çərçivəsində yalan xəbərlərə əl atır" – ABŞ-ın iddiası barədə CNN-ə açıqlama verən Zaxarova deyib.