Səudiyyə şahzadəsi Məhəmməd bin Salmanın, ABŞ prezidenti Tramp tərəfindən hazırlanan və “Əsrin anlaşması” adlandırılan sülh planını qəbul etməsi üçün Fələstin prezidenti Mahmud Abbasa, 10 milyard dollar təklif edib.
Baki-xeber.com xəbər verir ki, bu barədə Livan “El Ahbar” qəzeti məlumat yayıb. Qəzet yazır ki, Mahmud Abbas şahzadənin 10 milyard dollar təklifini rədd edib.
Şahzadə Salman, Abbasa, “Əsrin anlaşması”nın detalları haqqında məlumat verib və ondan bu müqaviləni qəbul etməsini istəyib. Həmçinin, Fələstin dövləti və onun nazirlərinə qədər pul lazım olduğunu da soruşub.
Abbas, isə fələstinlilərin ildə 1 milyard dollara ehtiyacı olduğunu söyləyib. Məhz bundan sonra Salman, ''Əgər “Əsrin anlaşması”nı qəbul etsəniz sizə on il ərzində 10 milyard dollar verərəm'' deyıb. Mahmud Abbas isə bu təklifin onun siyasi karyerasının sonu anlamına gələcəyini deyərək rədd edib.
Qəzet bu danışığı İordaniya səfirinin yazdığı hesabata istinad etdiyini açıqlayıb.
Səudiyyə şahzadəsi Salman Abbasa, anlaşma qəbul ediləcəyi halda Səudiyyə Ərəbistanı və digər ərəb ölkələrinin fələstinlilərə maddi dəstək verəcəyini və Qərbi Şeriada B və C bölgələri üzərində Fələstinin idarəçiliyini genişlədərək iqtisadi layihələrə başlamalarına kömək edəcəklərini deyib.
Fələstin prezidenti Mahmud Abbas isə şahzadə Salmana iki dövlətli həll yolunu təklif edib.