Türkiyənin Balkan ölkələri ilə əlaqələri Makron və Merkelin böyük narahatlığına səbəb olub.
Baki-xeber.com xəbər verir ki, bununla bağlı bəyanat Avropa Birliyi (AB) nəhəngləri Almaniya və Fransanın Berlində Balkan ölkələri ilə zirvə görüşündə səsləndirilib.
Zirvəyə Bosniya və Herseqovina, Monteneqro, Albaniya, Şimali Makedoniya, Kosovo, Serbiya, Xorvatiya və Sloveniya liderləri də qatılıb.
Serbiya və Kosova arasında anlaşılmazlıqlar, Balkan ölkələrinin AB üzvlük prosesi və Türkiyə ilə Rusiyanın bölgədəki nüfuzu müzakirə olunub. Türkiyə və Rusiya məsələsi ilə bağlı bölgə ölkələri liderlərinə xəbərdarlıq edilib.
Ötən il "Türkiyə və ya Rusiyaya yönələn Balkan ölkələri istəmirik" bəyanatı verən Fransa prezidenti Emmanuel Makron zirvə toplantısından əvvəl "Almaniya ilə Fransa arasındakı tarixi sülh nümunəsini tətbiq etmək istəyirik. Bu Balkanlarda çox əhəmiyyətlidir" deyib.
Xorvatiya və Sloveniya AB üzv ölkələridir, digər Balkan ölkələri isə üzvlük üçün hələ də AB qapısında gözlədilir. Balkan ölkələrinin bu müddətdə Türkiyə ilə əməkdaşlıq etməsi isə AB-də ciddi narahatlıqla qarşılanır.
Budan əvvəl “Reuters” də Türkiyənin Balkan ölkələri üzərində təsirini artırdığını yazmışdı.