Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Baki-xeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan görüşdə Rusiyadan alınacaq S-400 raketdən müdafiə sistemi ilə bağlı işçi qrupunun yaradılmasını təklifini gündəmə gətirib.
Liderlərin ikitərəfli və regional məsələləri müzakirə etdikləri görüşdə ölkələr arasındakı ticarət həcminin 75 milyard dollara çatdırılması ilə bağlı atılacaq addımlar dəyərləndirilib.
Tərəflər Suriya məsələsini də müzakirə ediblər.