ABŞ Türkiyə daxil olmaqla, 8 ölkənin İranla neft ticarətini tamamilə kəsməsini istəyir. Baki-xeber.com xəbər verir ki, məsələ ilə bağlı ABŞ Milli Təhlükəsizlik müşaviri Con Boltondan yeni daha bir açıqlama verilib.
İran xarici işlər naziri Cavad Zərifin sanksiyalardan digər ölkələrin razı olmadığını bildirən açıqlamalara cavab verən Bolton, ABŞ-ın mövqeyinin aydın olduğunu deyib: "Çinli şirkətlərin verdiyi açıqlamalar var, İrandan təbii qaz almağı dayandıracaqlarına dair. Bir neçə həftə əvvəl də Türkiyənin xarici işlər naziri ilə görüşdüm. Hələ o zaman İran qazını almaqdan imtina etmələri üçün hansı addımları ata biləcəklərini müzakirə edirdim. Bu proses necə yekunlaşacaq, görəcəyik. Biz mövqeyimizi dəqiq bir şəkildə açıqladıq".