İranın Tasnim xəbər agentliyi ölkənin güclü İslam İnqilabı Keşikçiləri Korpusuna aid “Ebabil 3” adlı dronun ABŞ-ın təyyarə gəmisi “SS Dwight D. Eisenhower” üzərindən uğurla nəzarət uçuşu həyata keçirdiyini bildirib.
Baki-xeber.com xəbər verir ki, agentlik bununla bağlı görüntülər də paylaşıb.
Körfəzdə ABŞ aviadaşıyıcısı üzərindən uçan dronla çəkilən kadrlarda aviadaşıyıcının üzərindəki qırıcı təyyarələrin görüntüləri yer alıb.
Görüntülərin nə vaxt çəkildiyinə dair məlumat verilmir.
İranın yaydığı görüntülər ABŞ-da böyük narahatlıqla qarşılanıb. Görüntülər ABŞ mediasında “İran hərbi gəmilərimizi izləyir” başlığı ilə yayılıb.