Almaniya kəşfiyyatı, radikal sağçıların təhlükəli planları ilə bağlı hesabat hazırlayıb.
Baki-xeber.com xəbər verir ki, hesabatda radikal sağçıların vətəndaş müharibəsi ssenarisi və sabitliyin pozulmasına hazırlaşdığına dair ipucları var.
Almaniyanın “Welt am Sonntag” qəzeti, Almaniya kəşfiyyatının hazırladığı radikal sağçılarla bağlı gizli bir hesabatı yayıb. Almaniyada zorakılığa meylli radikal sağçılardan gələ biləcək təhlükənin artdığına işarə edilən hesabatda, radikallarn təşkilatlar və ondan kənarda və ya fərdi olaraq ortaya çıxmağa başladığı ifadə edilir.
Çox sayda radikal sağçının bir neçə ay və ya bir neçə ildən bəri aktiv olduğu, bunların bir qisiminin kimliyinin məlum olmadığı bildirilən hesabatda, radikalları böyük əksəriyyətinin təxminən 30 yaşlı kişilər olduğu bildirilir. Hesabat müəlliflərinə görə, onların arasında polis və əsgərlər də var.
Radikal sağçılar bir-birləri ilə əsasən internet vasitəsilə əlaqə saxlayırlar. Bu isə onların izlənməsində problem kimi ortaya çıxır.
Qeyd edilir ki, rəsmi qurumlar radikal sağçıların vətəndaş müharibəsi ssenarisi və sabitliyin pozulmasına hazırlaşdığına dair ipucları ələ keçirib. Onların bombalı hücum məşqləri etdikləri də deyilir.