ABŞ prezidenti Donald Tramp qatıldığı bir tədbirdə, Səudiyyə Ərəbistanı ilə bağlı maraqlı fakt açıqlayıb.
Baki-xeber.com xəbər verir ki, Tramp Səudiyyə kralından bir telefonla necə 500 milyon dollar almasından danışıb.
Səudiyyə kralı ilə telefonla danışdığını deyən Tramp bildirib: "Səudiyyə kralını sevirəm. Krala sizi qorumaq üçün hər şeyi edirik və sizin çox pulunuz var. O da “Mənə niyə zəng vurubsan, əvvəllər heç kim (ABŞ prezidentləri) mənə buna görə zəng vurmamışdı” dedi. Mən də dedim ki, onlar "axmaqdırlar ona görə, o da pulu göndərdi”.
"Bir telefonla bizə 500 milyon dollardan çox pul verdilər. Biz onları qoruyuruq. Bunlar zəngin ölkələrdir. Bizdən də çox şey alırlar. Bizə 450 milyon dollar da verdilər. Mən bu pulu itirmək istəmirəm” – Tramp deyib.