Şri-Lankada törədilmiş partlayışlardan sonra polis bir evə basqını zamanı baş vermiş atışmada 15 nəfər öldürülüb.
Baki-xeber.com xəbər verir ki, polis şübhəli şəxslərin gizləndiyi evə basqın edib və tərəflər arasında atışma baş verib. Həmin vaxt şübhəlilərdən 3-ü üzərlərindəki bombaları partladıb.
Silahlı qarşıdurmadan sonra evdən 6-sı uşaq 15 nəfərin cəsədi tapılıb. Üç şəbhəli də yaralı ələ keçirilib.
Polis öldürülənlərdən bəzilərinin aprelin 21-də Pasxa bayramı günü törədilmiş bombalı hücumlarla əlaqəli olduğundan şübhələndiklərini deyib.
Ölkədə yeni bir terror hücumuna qarşı təhlükəsizlik tədbirləri artırılıb.