Rusiya prezidenti Vladimir Putin Suriyanın İdlib bölgəsində hərbi əməliyyatların keçirilməsini istisna etmir.
Baki-xeber.com xəbər verir ki, Putin bu barədə Pekində "Bir kəmər, bir yol" konfransından sonra keçirilən mətbuat konfransında açıqlama verib.
Putin İdlibdəki silahlı quruplara qarşı hərbi əməliyyatların keçirilməsini istisna etmədiyini deyib: "Mən bunu istisna etmirəm, amma, suriyalı dostlarımızla humanitar vəziyyəti nəzərə alaraq, bunun bu gün uyğun olmadığını düşünüürük".