ABŞ prezidenti Donald Tramp Beynəlxalq Silah Ticarəti üzrə Müqavilədən çıxacağını açıqlayıb. Baki-xeber.com xəbər verir ki, bu barədə “Reuters” xəbər agentliyi məlumata yayıb.
Qeyd edilir ki, ABŞ prezidenti Tramp keçmiş prezident Barak Obamanın imzaladığı beynəlxalq müqavilədən çıxmağa hazırlaşır. Məlumata görə, Tramp, 2013-ci ildə imzalanan Silah Ticarəti üzrə Sazişi ratifikasiya etməyəcəyini deyib. ABŞ prezidenti, bununla yanaşı, Senatda da müqavilənin ratifikasiya prosesini dayandırmaq barədə göstərişi imzalayıb.
Tarmpın qərarına münasibət bildirən Rusiya Federasiya Şurasının Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Frans Klinseviçin görə, bu qərar beynəlxalq təhlükəsizliyə zərbə vuracaq.
"Mütləq şəkildə dünyadakı gərginlik ocaqlarının sayı artacaq. İndi ABŞ silah satışının həcmini dəfələrlə artıracaq", - Klinseviç deyib.
O bildirib ki, ABŞ-ın bu qərarı son illər Amerika silahının rəqabət qabiliyyətinin ciddi şəkildə zəifləməsindən doğur.
Silah Ticarəti üzrə Müqavilə dünyada 70 milyard dollar dəyərində silah ticarətinə tənzimləməyi hədəfləyir. 130 ölkənin imzaladığı razılaşmaya görə, müharibə cinayətlərində və ya soyqırımda istifadə edilə biləcək silahların satışı qadağandır.
Müqavilə 2013-cü il aprelin 2-də BMT Baş Assambleyasında təsdiq edilib.