ABŞ prezidenti Donald Tramp Rusiya və Çinlə yeni silahlanmaya nəzarət sazişi ilə bağlı hazırlıq görülməsini tapşırıb.
Baki-xeber.com xəbər verir ki, belə bir iddia ilə “Washington Post” qəzeti çıxış edib.
Qəzet amerikalı rəsmilərə istinadən, Trampın bu göstərişi Rusiyanın anlaşmalardan kənarda qalmış nüvə silahlarına yeni məhdudiyyət gətirmək məqsədilə verdiyini qeyd edib.
Bundan başqa, Çinin nüvə potensialını ilk dəfə yeni müqavilə çərçivəsinə almaqla yanaşı, Pekinin strateji hərbi imkanlarını müəyyən etməyin də bu işlər çərçivəsində hədəfə alındığı iddia edilir.
Ancaq, bu cür razılaşmaların müzakirəsinin illərlə davam etdiyi və Ağ Evdə ilk dövrünün bitməsinə iki il qalan Trampın, Çin və Rusiya ilə gərginliyin yüksək olduğu bir vaxtda bu səyini başa çatdıracağı barədə şübhələr olduğu bildirilib.