Siyasi İslam Fransa Respublikasını parçalamağa yönəlmiş bir təhdiddir. Baki-xeber.com xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib.
Yelisey sarayında keçirdiyi mətbuat konfransı açıqlama verən Makron siyasi İslamın Fransa üçün təhlükə olduğunu deyib. Fransada yaşanan üsyanların müsəlman ənənəsi olduğunu deyən Makron, bunun zorakılıq olaylarını daha da artacağını bildirib.
Respublika dəyərlərini tərk etmək istəyən bir siyasi İslam qarşısında rahatlıq göstərməyəcəklərini vurğulayan Fransa prezidenti, ölkə xaricindən gələn maliyyə qaynaqlarına nəzarətin gücləndirilməsində də qərarlı olduqlarını deyib.
O, islam dininin ölkəsinə zərər verdiyini açıqlayıb: “Məktəblərdə qəbul edilən qaydalar müsəlmanlarla gərginlik yaratmasına səbəb olur. Fransada 1905-ci ildə din dövlətdən ayrıldı. Ölkəmiz kilsə ilə dövləti ayıran qanunu qəbul etdi. Buna riayət etməliyik”.