Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş rəhbəri Mixail Saakaşvili seçkilərdə uduzmuş Ukraynanın hazırkı prezidenti Petro Poroşenkonun həbs edilməli olduğunu deyib.
Baki-xeber.com xəbər verir ki, Saakaşvili Poroşenkonu həbs etməməyin səhv addım olacağını söyləyib.
"Poroşenko Zelenskini müntəzəm hər vasitə ilə olaraq tərpətməyə çalışacaq. Əgər Poroşenkoya qarşı cinayət işləri açılmasa, o bunu alicənablıq kimi qəbul etməyəcək... Öz təcrübəmdən bilirəm. Poroşenko istənilən alicənablığı zəiflik olaraq qəbul edir. Onda quldurbaşı psixologiyası var. İmkan düşən kimi insanı arxadan bıçaqlayır" - Saakaşvili bildirib.