Şimali Koreya rəhbəri Kim Çen In Rusiya Prezidenti Vladimir Putinə Koreya qılıncı hədiyyə edib. “Trend”in məlumatına görə, iki ölkə rəhbəri arasında ilk danışıqlar başa çatıb.
Qılıncı təqdim edərkən Kim Çen In bildirib ki, bu qılınc Koreya xalqının gücünü və ruhunu təcəssüm etdirir.
Qeyd edək ki, Kim Çen In aprelin 24-ü qatarla Rusiyanın Vladivostok şəhərinə səfər edib. İki ölkə rəhbəri arasında ilk görüş aprelin 25-də baş tutub. Təkbətək görüş iki saata yaxın davam edib.
Rusiyada səfərdə olan Şimali Koreya rəhbəri Kim Çen In da ölkəsinə əliboş qayıtmayıb. Belə ki, Rusiya Prezidenti Vladimir Putin də koreyalı liderə stəkan dəsti və stəkan altlıqları hədiyyə edib.