Filippinlə Kanada arasında davam edən “zibil problemi” iki ölkə arasında diplomatik gərginliyə səbəb olub.
Baki-xeber.com xəbər verir ki, Filippin prezidenti Rodrigo Duterte Kanadaya müharibə elan etməklə təhdid edib.
Duterte deyib ki, Kanada özünün göndərdiyi zibil yığınlarını geri almasa, bu ölkəyə qarşı müharibə elan ediləcək. “Gəmi hazırlanmasını tapşırdım. Kanada zibillərini ya geri alacaq, ya da Kanadaya yelkən açaraq, zibillərini aparıb oraya tökəcəyəm…
Kanadaya müharibə elan edə bilərik. Nə olursa-olsun, zibilinizi geri verəcəyəm. Sadəcə gözləyin və baxın!” – prezident söyləyib.
Qeyd edək ki, 2013-2014-cü illər arasında Kanada, Filippinə 2 min ton tullantı ixrac edib. Ancaq bu tullantıların emala uyğun olmadığı ortaya çıxandan sonra, iki ölkə arasında böhran yaranıb.
Filippin Kanadanı 1995-ci ildə imzalanan ”Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında Bazel Konvensiyası”nı pozmaqda ittiham edir.