Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə amerikalı həmkarı Donald Trampla görüşəcəyini deyib.
Baki-xeber.com xəbər verir ki, Ərdoğan bunu, Türkiyə Böyük Millət Məclisində jurnalistlərin “Yaxın vaxtlarda ABŞ prezidenti ilə görüşünüz ola bilərmi, ya da Trampın Türkiyəyə səfəri gəzlənilirmi” sualını cavablandırarkən deyib. “Ola bilər, hazırkı görüş planı ilə bağlı təklifi onlar verib. Bu günlərdə ola bilər” – Ərdoğan deyib