24/07/2019 05:07
728 x 90

İrandan daha bir Hörmüz təhdidi – “…boğazın istifadəsinə məhdudiyyət qoyularsa…”

img

İran İslam İnqilabı Keşikçiləri Korpusunun Dəniz Donanmasının komandiri Əli Rza Tenqsiri Hörmüz boğazının istifadəsinə məhdudiyyət qoyularsa, boğazı bağlayacaqları ilə hədələyib.

Baki-xeber.com xəbər verir ki, Tenqsiri bunu ABŞ-ın sanksiyaları çərçivəsində Hörmüz boğazı ilə bağlı məhdudiyyətlərdən danışarkən deyib.

“Hörmüz boğazı, beynəlxalq qanunlara görə, bir dəniz marşrutudur. İranın boğazdan istifadəsi məhdudlaşdırılarsa, boğazı keçidlərə bağlayacağıq. İranın su sərhədlərini hər cür təhdidə qarşı qoruyacağıq" – Tenqsiri deyib.

Qeyd edək ki, ABŞ sanksiyaları qarşısında İran rəsmiləri "Hörmüz boğazını bağlayarıq" təhdidlərini birinci dəfə deyil ki, dilə gətirir.

2018-ci ilin iyulunda İran prezidenti Həsən Ruhani "ABŞ rəhbərliyi “İranla bir damla belə neft ixracatı etməyəcəyik” deyib. Bu, bütün region neftinin ixrac edilməyəcəyi mənasına gəlir. Əgər bunu etsələr, nəticələrinə də dözəcəklər" demişdi.

Son xəbərlər