24/07/2019 05:12
728 x 90

Ərəblərdən Trampın İran qərarına dəstək… Səudiyyə və BƏƏ neft bazarında İranın payını kompensasiya etməyi öz üzərinə götürdü

img

Ağ Ev ABŞ prezidenti Donald Trampın İrandan neft alan ölkələrə tanınan güzəştin müddətini uzatmayacağını açıqlayıb.

Baki-xeber.com xəbər verir ki, Ağ Evin yaydığı açıqlamada, Türkiyə, Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Tayvan, İtaliya və Yunanıstana tətbiq edilən və mayın 2-də başa çatacaq güzəşt müddətinin uzadılmayacağı deyilir.

ABŞ-ın bu qərarına ilk dəstə gözlıənildiyi kimi İsraildən gəlib. Baş nazir Benyamin Netanyahu, İranın təcavüzünə qarşı Birləşmiş Ştatların addımlarını dəstəklədiklərini deyib.

Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) isə bazarda İranın payını kompensasiya etməyi üzərinə götürüb.

Səudiyyə Ərəbistanının energetika naziri Xalid Əl-Falih, ölkəsinin bazara neft təmin etmək üçün digər ölkələrlə birlikdə çalışacağını deyib. Əl-Falih, Səudiyyə Ərəbistanının istehlakçıları (alıcıları) kifayət qədər neftlə təmin etmək üçün digər istehsalçılarla əməkdaşlıq edəcəyini, ancaq bunu edərkən qlobal neft bazarının tarazlığının pozulmasına icazə verilməyəcəyini qeyd edib.

Əl-Falih, ölkəsinin qarşıdakı bir neçə həftə ərzində, yaxşı balanslaşdırılmış və sabit bazar təmin etmək üçün digər istehsalçılar və istehlakçılar ilə görüşlər keçiriləcəyini sözlərinə əlavə edib.

Son xəbərlər