20/05/2019 15:13
728 x 90

Tramp İrandan neft alan 8 ölkəyə daha əvvəldən etdiyi güzəştləri ləğv edir

img

ABŞ Prezidenti Donald Tramp İrandan neft alan ölkələrə tanınan güzəştin müddətini uzatmayacağı açıqlanıb.

Baki-xeber.com xəbər verir ki, Ağ Evin yaydığı açıqlmada Tramp İrandan neft alan ölkələrə tətbiq olunan güzəştin müddətini uzatmamaq barədə qərar qəbul etdiyi bildirilir.

“Əsas məqsədimiz İranın bir nömrəli gəlir mənbəyi olan neft ixracını tam dayandırmaqdır. Vaşinqton və müttəfiqləri İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək” – Ağ Evin açıqlamasında deyilir.

Açıqlamada ABŞ, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və digər müttəfiqlərin qlobal neft bazarında tədarükün lazımi səviyyədə təmin edilməsində qərarlı olduqları bildirilir.

Bu açıqlamadan sonra dünya birjalarında neftin qiyməti kəskin bahalaşıb.

Beləliklə, İrandan neft alan - Türkiyə, Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Tayvan, İtaliya və Yunanıstana tətbiq edilən və mayın 2-də başa çatacaq güzəştin müddəti uzadılmayacaq.

Son xəbərlər